...

Qalib ölkənin nümayəndəsi kimi qalib oldum - Avropa Oyunlarının qızıl mükafatçısı

İdman Materials 2 İyul 2023 14:58 (UTC +04:00)
Qalib ölkənin nümayəndəsi kimi qalib oldum - Avropa Oyunlarının qızıl mükafatçısı
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Özüm 44-günlük Vətən Müharibəsi iştirakçısı olaraq Azərbaycan Prezidenti tərəfindən 3 medalla təltif olunmuşam. Mən qalib ölkənin qalib döyüşçüsü kimi bura yollanıb qalib oldum.

Bu barədə Trend-ə açıqlamasında III Avropa Oyunlarında qızıl medal qazanan Fərid Ağamoğlanov deyib.

İdmançımız əsas bu İtalyan rəqibinə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, çünki Avropa çempionatında 1 xala görə uduzmuşdu.

“Allaha çox şükür əziyyətimiz yerdə qalmadı. Azərbaycan xalqını təbrik edirəm. Mən özüm 44-günlük Vətən Müharibəsi iştirakçısı olaraq Azərbaycan Prezidenti tərəfindən 3 medalla təltif olunmuşam. Mən qalib ölkənin qalib döyüşçüsü kimi bura yollandım. Və qalib olkənin qalib nümayəndəsi kimi qalib oldum”, - deyə kikboksuçumuz bildirib.

O əlavə edib ki, Azərbaycan azərkeşlərinin yaratdığı ab-hava o qədər yüksək olduğu üçün o özünü xaricdə olduğu hiss etmirdi.

“Çox xöşbəxtəm. Azərbaycan xalqı daimi öz idmançıların yanındadır. Yaşaşın Azərbaycan xalqı”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti