Bakı. Trend:
Azərbaycanın "Qəbələ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin "Omoniya" klubunu qəbul edib.
Trend xəbər verir ki, oyun qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ"nin heyətində qolları Əyyub Əllaş (4-cü və 62-ci dəqiqələr), "Omoniya"nın heyətində qolları isə Roman Bezus (45+1, 50, və 82, penalti) vurublar.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 3-ü Kiprdə keçiriləcək.