...

Azərbaycan tennisçiləri Ermənistan komandasına qalib gəliblər

İdman Materials 29 İyul 2023 21:29 (UTC +04:00)
Azərbaycan tennisçiləri Ermənistan komandasına qalib gəliblər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqroda tennis üzrə “Davis Cup” turniri başa çatıb.

Trend xəbər verir ki, mötəbər yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiya tennisçilərini məğlub edərək növbəti mərhələyə yüksəlib. Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti