...

Premyer Liqa: Lider "Qəbələ"nin, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq

İdman Materials 2 Sentyabr 2023 09:09 (UTC +04:00)
Premyer Liqa: Lider "Qəbələ"nin, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu baş tutacaq.

Trend xəbər verir ki, ilk olaraq "Qəbələ" "Zirə"ni qəbul edəcək.

Əvvəlki bütün qarşılaşmalarda məğlub olan "qırmızı-qaralar" sonuncu pillədə qərarlaşıb. Bütün görüşlərdə qələbə qazanan paytaxt klubu isə 12 xalla liderdir.

Günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. "Ağ-qaralar"lar 5 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası, V tur

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu

20:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Kapital Bank Arena”

Qeyd edək ki, turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti