Bakı. Trend:
Türkiyə millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Güler yenidən zədələnib.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə sol bud əzələsinin dartılması diaqnozu qoyulub.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, gənc oyunçu ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, ötən mövsümün sonunda “Fənərbağça” klubundan “Real Madrid”ə keçən Arda Güler La Liqa təmsilçisi ilə 6 illik müqavilə imzalayıb. O, daha əvvəl Madrid klubunun ABŞ-dakı təlim-məşq toplanışında zədə alıb.