...

"Qarabağ"ın rəqibi "Bayer"dən darmadağın

İdman Materials 13 Noyabr 2023 11:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Bundesliqada 11-ci tur oyununa çıxıb.

Trend xəbər verir ki, Leverkuzen təmsilçisi "Union"u qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

Qollar: Qrimaldo, 23, Kossounou, 57, Tah, 73, Tella, 83

Bununla da, Xabi Alonsonun baş məşqçisi olduğu komanda Bundesliqda ardıcıl 7-ci, ümumilikdə isə 10-cu qələbəsini qazanıb. Komanda 31 xalla liderdir. "Union" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, "Bayer" Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparır. Köhlən atlar hər iki oyunda Bundesliqa təmsilçisinə məğlub olub.

Xəbər lenti

Xəbər lenti