...

Maliyyə pozuntusuna görə İngiltərə klubundan 10 xal silinib

İdman Materials 17 Noyabr 2023 21:45 (UTC +04:00)
Maliyyə pozuntusuna görə İngiltərə klubundan 10 xal silinib

Bakı. Trend:

“Everton” futbol klubunun İngiltərə çempionatının turnir cədvəlindəki 10 xalı maliyyə feyr-pleyi qaydalarının pozulmasına görə silinib.

Trend-in məlumatına görə, bu barədə İngiltərə Premyer Liqasının (İPL) mətbuat xidməti məlumat yayıb.

Sanksiya turnirin bütün tarixi boyunca rekord cərimə hesab olunur. Daha əvvəl çempionatın tarixində bu qədər böyük xalın geri alınması halı 2009-2010-cu illər mövsümündə “Portsmut” klubundan 9 xalın silinməsi zamanı baş verib.

Hazırda “Everton” klubu 4 xalla turnir cədvəlində 19-cu yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti