...

“Neftçi” – “Zenit” matçını idarə edəcək hakimlər bəlli oldu

İdman Materials 18 Noyabr 2023 14:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Neftçi” – “Zenit” arasında keçiriləcək yoldaşlıq matçının hakimləri müəyyənləşib.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün oynanılacaq görüşü yerli briqada idarə edəcək.

Qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabarovdur. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri isə Rəşad Əhmədov və Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Neftçi Arena”da reallaşacaq matç saat 21:00-da start götürəcək.

Xəbər lenti

Xəbər lenti