...

Dörd güləşçimiz hərbçilər arasında dünya çempionu oldu (FOTO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 29 Noyabr 2023 21:39 (UTC +04:00)
Dörd güləşçimiz hərbçilər arasında dünya çempionu oldu (FOTO) (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.

Trend xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.

Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.

xxx

20:49

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi – 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti