...

Bakıda batut və tamblinq üzrə Azərbaycan çempionatının yarışları keçirilir (FOTO)

İdman Materials 10 Dekabr 2023 11:29 (UTC +04:00)
Bakıda batut və tamblinq üzrə Azərbaycan çempionatının yarışları keçirilir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasının yardımçı zalında batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatının və Bakı çempionatının, 19-cu Azərbaycan çempionatının və tamblinq üzrə Bakı çempionatının yarışları keçirilir.

Trend xəbər verir ki, yarışda ümumilikdə 99 idmançı iştirak edir. Onlardan 70 gimnast batut gimnastikasında, 29 gimnast isə tamblinq yarışlarında iştirak edir.

İdmançılar “Ocaq Sport” klubunun, Gimnastika üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinin, “Neftçi” İdman Klubunun, 13 nömrəli Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər İdman Məktəbinin yetirmələridir.

Tamblinq üzrə yarışlar gimnastlar arasında “uşaqlar” (2013-2015-ci il təvəllüdlü), “yeniyetmələr” (2011-2012-ci il təvəllüdlü), “gənclər” (2007-2010-cu il təvəllüdlü) və “böyüklər” (2006-cı il təvəllüdlü və yuxarı) yaş kateqoriyalarında keçirilir.

Fərdi proqramda batut gimnastikası üzrə yarışlar gimnastlar arasında “körpələr” (2016-cı il təvəllüdlü), “uşaqlar” (2013-2015-ci il təvəllüdlü), “yeniyetmələr” (2011-2012-ci il təvəllüdlü), “gəncələr” (2007-2010-cu il təvəllüdlü) və "böyüklər" (2006-cı il təvəllüdlü və daha yuxarı) yaş kateqoriyalarında keçirilir. Gimnastikanın bu növü üzrə iştirakçılar “uşaqlar”, “yeniyetmələr” və “gəncələr” yaş kateqoriyaları üzrə sinxron proqramda öz güclərini nümayiş etdirəcəklər.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti