...

"Qarabağ"ın pley-offdakı rəqibi MƏLUM OLDU (YENİLƏNİB)

İdman Materials 18 Dekabr 2023 16:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibinin Portuqaliya təmsilçisi "Braqa" olduğu bəlli olub.

xxx

13:30

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Trend xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da bu mərhələdəki rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Qarabağ" səpələnmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi ilə yanaşı Avroliqada qrup ikinciləri olan digər 7 komanda - "Olimpik" (Fransa), "Renn" (Fransa), "Roma" (İtallya) "Sparta Praqa" (Çexiya), "Sportinq" (Portuqaliya), "Tuluza" (Fransa) və "Frayburq" (Almaniya) da səpələnmişlər səbətinə düşüb.

Bu mərhələdə "Qarabağ" Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq. Həmin komandalar səpələnməmişlər səbətində yer alıblar.

"Qarabağ"ın potensial rəqibləri:

"Qalatasaray" (Türkiyə)

"Lans" (Fransa)

"Braqa"(Portuqaliya)

"Benfika" (Portuqaliya)

"Feyenoord" (Niderland)

"Milan" (İtaliya)

"Yanq Boyz" (İsveçrə)

"Şaxtyor" (Donetsk, Ukrayna).

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətində yer alan bütün 8 komanda ilk oyunlarını səfərdə keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti