...

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

İdman Materials 19 Dekabr 2023 10:19 (UTC +04:00)
Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Trend-in məlumatına görə, ilk olaraq “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Günün ikinci matçı “İmişli” və “Qəbələ” komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” - “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” - “Qəbələ”

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

Qeyd edək ki, daha əvvəl “Sabah” və “Sumqayıt” 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti