...

Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı

İdman Materials 12 Yanvar 2024 10:07 (UTC +04:00)
Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

AVF-dən Trend-ə verilən məlumata görə, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.

O, yanvarın 17-də İstanbulda keçiriləcək “Galatasaray HDI” (Türkiyə) - “FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti