...

“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlanıb

İdman Materials 17 Fevral 2024 17:00 (UTC +04:00)
“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir.

Trend klubun mətbuat xidmətinə istinadəm xəbər verir ki, matça indiyə kimi 26 min 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti