...

Messidən “Barselona” azarkeşlərini sevindirəcək ADDIM

İdman Materials 20 Fevral 2024 18:08 (UTC +04:00)
Messidən “Barselona” azarkeşlərini sevindirəcək ADDIM

Bakı. Trend:

Argentina millisinin futbolçusu Lionel Messi “Qızıl top” mükafatını “Barselona”nın muzeyinə verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, 37 yaşlı hücumçunun karyerası ərzində qazandığı 8-ci “Qızıl top”dur.

“Barselona”nın sabiq futbolçusu bu mükafatın da əvvəlkilərlə bir yerdə saxlanılmasını istəyib. Messi qazandığı digər yeddi “Qızıl top”u da İspaniya klubunun muzeyinə verib. Amma sonuncu titulu aldığı vaxt argentinalı artıq Barselonanın eyniadlı klubunda çıxış etmirdi.

Qeyd edək ki, 2003-21-ci illərdə La Liqa təmsilçisində çıxış edən Lionel hazırda “İnter Mayami”nin formasını geyinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti