...

Batut və tamblinq üzrə Dünya Kubokuna gələn nümayəndə heyətlərinin görüşü keçirilib (FOTO)

İdman Materials 22 Fevral 2024 21:39 (UTC +04:00)
Batut və tamblinq üzrə Dünya Kubokuna gələn nümayəndə heyətlərinin görüşü keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna gələn nümayəndə heyətlərinin rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.

Trend xəbər verir ki, fevralın 23-25-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən nümayəndə iştirak edəcək.

Azərbaycanı qadınlar arasında batut gimnastikasında Selcan Mahsudova, kişilər arasında yarışda isə Hüseyn Abbasov, Nicat Mirzəyev və Mehdi Əliyev təmsil edəcək.

Tambliq üzrə yarışda ölkəmizi Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev və Bilal Qurbanov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti