...

"Qarabağ" 10 nəfərlə "Braqa" səddini keçərək TARİX YAZMAĞA DAVAM EDİR (YENİLƏNİB-3) (FOTO/VİDEO)

İdman Materials 23 Fevral 2024 00:25 (UTC +04:00)
"Qarabağ" 10 nəfərlə "Braqa" səddini keçərək TARİX YAZMAĞA DAVAM EDİR (YENİLƏNİB-3) (FOTO/VİDEO)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend

"Qarabağ" futbol komandası Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.

Trend xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyun keçirilib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qolları Rocer Fernandeş, 71, Alvaro Djalo, 83, Mateus Silva, 102, Banza, (115-ci dəqiqə, penalti), Nəriman Axundzadə, 120+2.

Portuqaliyada 4:2 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi ümumilikdə 6:5 hesablı qələbə qazanıb və 1/8 finala vəsiqə qazanıb.

xxx

23:32

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda qonaq komanda hesabı artırıb.

Trend-in məlumatına görə, oyunun 83-cü dəqiqəsində Alvaro Djalo fərqlənib.

xxx

23:21

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.

xxx

21:47

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyunu başlayıb.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.

Qeyd edək ki, Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti