...

Dünya Kuboku: Çindən olan gimnast batut gimnastikası üzrə proqramda qızıl medal qazanıb

İdman Materials 25 Fevral 2024 12:49 (UTC +04:00)
Dünya Kuboku: Çindən olan gimnast batut gimnastikası üzrə proqramda qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çini təmsil edən atlet Syueyin Çju Bakıda keçirilən Dünya Kubokunda batut gimnastikası üzrə kişilər arasında fərdi proqramda 56,920 xal toplayaraq qızıl medal qazanıb.

Trend-in məlumatına görə, gümüş medala Anjela Bladtsevaya (neytral idmançı) layiq görülüb. Onun çıxışı hakimlər tərəfindən 56,590 xalla qiymətləndirilib. Yana Lebedeva (neytral idmançı) 56,080 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti