...

Çinli gimnast kişilər arasında batut gimnastikası üzrə proqramda qızıl medal qazanıb

İdman Materials 25 Fevral 2024 13:29 (UTC +04:00)
Çinli gimnast kişilər arasında batut gimnastikası üzrə proqramda qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çindən olan idmançı Tzısay Vanq Bakıda keçirilən Dünya Kubokunda kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda birinci yeri tutub.

Trend xəbər verir ki, gimnast 62,160 xal toplayıb.

İkinci yerdə 61,990 xalla Çini təmsil edən Lanyu Yan qərarlaşıb. Üçüncü yeri İvan Litvinoviç (neytral idmançı) tutdu, idmançı 60,440 xal toplayıb.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti