...

Batut gimnastikası üzrə fərdi proqramda qaliblərin mükafatlandırılması mərasimi keçirilib

İdman Materials 25 Fevral 2024 13:35 (UTC +04:00)
Batut gimnastikası üzrə fərdi proqramda qaliblərin mükafatlandırılması mərasimi keçirilib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında batut və tamblinq üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir ki, batut gimnastikası üzrə fərdi proqramda qalib və mükafatçılara mükafatlar təqdim olunub.

Qadınlar arasında batut gimnastikası üzrə fərdi proqramda Syuein Çju (Çin) qızıl, Anjela Bladtseva (neytral idmançı) gümüş, Yana Lebedeva (bitərəf idmançı) isə bürünc medala sahib olublar.

Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə texniki nümayəndəsi Kristof Lambert, batut gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Kamil Quliyev, batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin təqdim ediblər.

Kişilər arasında batut üzrə fərdi proqramda Tzısay Vanq (Çin) fəxri kürsünün birinci pilləsinə qalxıb, Lanyu Yan (Çin) ikinci, İvan Litvinoviç (neytral idmançı) üçüncü yeri tutub.

Qalib və mükafatçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və yarışların direktoru Natalya Bulanova təqdim ediblər.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti