...

ABŞ gimnastları Bakıda keçirilən Dünya Kubokunda birinci yeri tutublar

İdman Materials 25 Fevral 2024 15:59 (UTC +04:00)
ABŞ gimnastları Bakıda keçirilən Dünya Kubokunda birinci yeri tutublar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ idmançıları Nikol Asinqer və Şayenn Sara Vebster Bakıda keçirilən Dünya Kubokunda batut üzərində sinxron tullanma proqramında 49,010 xal toplayaraq qızıl medal qazanıblar.

Trend xəbər verir ki, Çin təmsilçiləri Yunçju Tsao və Sinsin Çjan gümüş medal qazanıblar , hakimlər onların çıxışını 48,850 xalla qiymətləndiriblər. 47,530 xalla bürünc medalı Gürcüstan gimnastları Anano Apakidze və Mariam Ragimovi qazanıblar.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti