...

Olimpiya mükafatçımız azadlıqdan məhrum edildi

İdman Materials 27 Fevral 2024 17:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi Cabbar Yusifinin məhkəməsi olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskva məhkəməsi 2023-cü ilin martında həbs edilən sabiq idmançıya hökm oxuyub.

Silah satışı ilə məşğul olmaqda günahkar bilinən həmyerlimiz 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsə qədər İnterpol tərəfindən də axtarılan Cabbar Rusiyada qanunsuz silah saxlamaq, Ukraynada qətldə ittiham olunub.

Qeyd edək ki, Yusifi 2014-cü il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı olub.

Xəbər lenti

Xəbər lenti