...

"Mançester Siti"nin futbolçusu Haaland bir oyunda 5 qol vurub

İdman Materials 28 Fevral 2024 02:20 (UTC +04:00)
"Mançester Siti"nin futbolçusu Haaland bir oyunda 5 qol vurub

Bakı. Trend:

"Mançester Siti" futbol klubu İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə "Luton"a 6:2 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları Erlinq Haaland (3, 18, 40, 55, 58-ci dəqiqə) və Mateo Kovaçiç (72) vurub. Yarımmüdafiəçi Cordan Klark "Luton"un heyətində iki qol vurub (45, 52). E.Haaland ilk dörd qolunu Kevin De Bruynenin ötürmələrindən vurdu.

E.Haaland ikinci mövsümdür oynadığı “Mançester Siti”də ikinci penta-trikinə imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti