...

Çempionlar Liqası: "Barselona" 1/4 finala yüksəlib

İdman Materials 13 Mart 2024 02:04 (UTC +04:00)
Çempionlar Liqası: "Barselona" 1/4 finala yüksəlib

Bakı. Trend:

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Barselona” komandası evdə İtaliyanın “Napoli” klubunu məğlub edib.

Trend-in məlumatına görə, "Barselona" 3:1 hesablı qələbə qazanaraq turnirin 1/4 finalına yüksəlib.

Qalib komandanın heyətində qolları Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. "Napoli"nin heyətində Əmir Rrahmani fərqlənib (30).

İlk görüş 1:1 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti