Bakı. Trend:
İngiltərənin “Arsenal” futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Portu” klubunu məğlub edib.
Trend-in məlumatına görə, görüş Londonun "Emireyts" stadionunda keçirilib.
Məlumata əsasən, ilk görüş Portonun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçının əsas vaxtı da eyni hesabla “Arsenal”ın xeyrinə başa çatıb. Əlavə vaxtda rəqiblər qol vura bilməyib, penaltilər seriyasında isə London komandası daha güclü olub - 4:2.