...

Böyük Dəbilqə: Daha bir Azərbaycan cüdoçusu gümüş medala yiyələnib

İdman Materials 31 Mart 2024 22:08 (UTC +04:00)
Böyük Dəbilqə: Daha bir Azərbaycan cüdoçusu gümüş medala yiyələnib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Murao ilə bacarmayıb.

Bununla da milli komanda yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kiloqram) də ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan turnirdə 9 cüdoçu ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti