...

Avropanın ən dəyərli klubları - SİYAHI

İdman Materials 1 Aprel 2024 18:36 (UTC +04:00)

Bakı. Trend:

Avropanın ən dəyərli klublarının adları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Transfermarkt”ın tərtib etdiyi siyahıya “Mançester Siti” başçılıq edir.

“Şəhərlilər”in dəyəri 1,2 milyard avrodur. Onları “Arsenal” və “Real” izləyir.

İlk “10-luğ”a İtaliyanın heç bir klubu daxil edilməyib. Milan “İnter”i bu reytinqdə 622 milyon avro dəyərində 13-cüdür.

Avropanın ən bahalı 10 klubu:

1. “Mançester Siti” (İngiltərə) – 1,2 milyard avro.

2. “Arsenal” (İngiltərə) - 1,12 milyard avro.

3. “Real” (İspaniya) - 1,04 milyard avro.

4. PSJ (Fransa) - 1,02 milyard avro.

5. “Bavariya” (Almaniya) – 929 milyon avro.

6. "Çelsi" (İngiltərə) - 928 milyon avro.

7. "Liverpul" (İngiltərə) - 921 milyon avro.

8. “Barselona” (İspaniya) - 840 milyon avro.

9. “Tottenhem” (İngiltərə) – 777 milyon avro.

10. “Mançester Yunayted” (İngiltərə) – 734 milyon avro.

Xəbər lenti

Xəbər lenti