Bakı. Trend:
Türkiyə Super Liqasının XXX turunun “Trabzonspor” - “Fənərbağça” matçının gedişində və oyundan sonra yaşanan qalmaqalla bağlı cəzalar bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ev sahibləri növbəti 6 ev oyununu azarkeşsiz keçirəcəklər.
Rəqib azarkeşlərlə dava edən “Fənərbağça”nın futbolçuları Ceydon Oostervold və İrfan Can Eğribayat 1 oyunluq cəza alıb. “Trabzonspor”un köməkçi məşqçisi Egemen Korkmaz da 1 matçlıq diskvalifikasiya olunub.
Qeyd edək ki, qalmaqallı matçdan sonra Türkiyə Daxili İşlər Nazirliyi 12 nəfəri saxlayıb.