...

Azərbaycan millisindən 32 ayın rekordu

İdman Materials 4 Aprel 2024 13:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.

Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək - 110-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.

Xəbər lenti

Xəbər lenti