...

“Mançester Siti” Paketa ilə razılaşıb

İdman Materials 9 Aprel 2024 01:36 (UTC +04:00)

Bakı. Trend:

“Mançester Siti” Lukas Paketa ilə uzun müddətli razılıq əldə edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yer alıb.

Məlumatda braziliyalıl futbolçunun çıxış etdiyi “Vest Hem”lə danışıqlara start verilmədiyi bildirilib. “Şəhərlilər” Paketa ilə müqavilənin detallarını razılaşdırıblar. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 36 matçda forma geyinib. Onun transfer qiyməti 65 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, “Mançester Siti” hələ ötən mövsümdə Lukasın transferində maraqlı idi. Sadəcə, braziliyalı futbolçunun adının pul qoyuluşunda hallanması onları geri addım atmağa vadar etmişdi.

Xəbər lenti

Xəbər lenti