...

“Fənərbağça” “Olimpiakos”a qarşı

İdman Materials 11 Aprel 2024 11:55 (UTC +04:00)
“Fənərbağça” “Olimpiakos”a qarşı

Bakı. Trend:

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsi start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar eyni gündə baş tutacaq.

Qardaş Türkiyənin təmsilçisi “Fənərbağça” Yunanıstanın Pirey “Olimpiakos”un qonağı olacaq. “Viktoriya” “Fiorentina” ilə sınağa çıxacaq.

İngiltərədə “Böyük beşlik” təmsilçiləri “Aston Villa” və “Lill” qarşılaşacaq. PAOK “Brügge”nin qonağı olacaq.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar

20:45. “Olimpiakos” – “Fənərbağça”
20:45. “Viktoriya” – “Fiorentina”
23:00. “Brügge” - PAOK
23:00. “Aston Villa” – “Lill”

Xəbər lenti

Xəbər lenti