...

Almaniyalı futbolçu əsas komandadan qovulub

İdman Materials 16 Aprel 2024 17:24 (UTC +04:00)
Almaniyalı futbolçu əsas komandadan qovulub

Bakı. Trend:

Almaniyanın “Verder” klubu futbolçusu Nabi Keytanı cəzalandırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər əsas komandadan kənarlaşdırılıb.

Onun qovulmasına “Bayer”lə səfər oyununa getməkdən imtinası səbəb olub. Keyta əsas heyətdə yer almayacağını bildiyi üçün Leverkuzenə yollanmaqdan boyun qaçırıb. 28 yaşlı futbolçu pul cəriməsinə də məruz qalıb.

Qeyd edək ki, “Verder”ə 5:0 “Bayer” çempionluğu təmin edib.

Xəbər lenti

Xəbər lenti