...

Messi ilə Ronaldodan böyük üstünlük

İdman Materials 22 Aprel 2024 10:55 (UTC +04:00)
Messi ilə Ronaldodan böyük üstünlük

Bakı. Trend:

Futbolçuların yüksək məhsuldarlıq nümayiş etdirdiyi illərin sayına görə rekordçular açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS XXI əsrin ən azı iki fərqli ilində 40 və ya daha çox qol vuranların cədvəlini tərtib edib.

Siyahının ilk iki pilləsində Lionel Messi və Kriştiano Ronaldo qərarlaşıblar. Onların hərəsi 12 dəfə ili 40-dan artıq qolla tamamlayıb. Amma argentinalı bir dəfə 70-i də arxada qoyduğu üçün daha öndədir. Cütlük izləyicilərini böyük fərqlə qabaqlayır.

1. Lionel Messi – 12
2. Kriştiano Ronaldo – 12
3. Robert Levandovski – 8
4. Kilian Mbappe – 4
5. Zlatan İbrahimoviç – 4
6-7. Luis Suares – 4
Edinson Kavani – 4

Qeyd edək ki, 8 futbolçu üç, 23 oyunçu hərəyə iki dəfə il ərzində yüksək məhsuldarlıq göstərib.

Xəbər lenti

Xəbər lenti