...

Nəriman Axundzadə və Musa Qurbanlı milliyə nə vaxt qoşulacaq?

İdman Materials 28 May 2024 15:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin təlim-məşq toplanışına sonradan qoşulacaq futbolçuların hazırlığa qatılma tarixləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu yığmanın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlayıb.

Azərbaycan kubokunun finalında oynayacaq "Qarabağ" və "Zirə"nin futbolçuları iyunun 3-dən toplanışa başlayacaq. Legioner həyatı yaşayan müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı da həmin gün kollektivə qoşulacaqlar.

Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar.

Milliyə U-21-in 3 üzvü də qoşula bilər. Onların iyunun 11-də Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün əsas komandaya qoşulması gözlənilir. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət millinin heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra əsas milliyə cəlb ediləcək.

Qeyd edək ki, yığmamız iyunun 7-də Albaniya, 11-də Qazaxıstanla üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti