...

“Los-Anceles Klippers”in baş məşqçisi ən çox qazanan ola bilər

İdman Materials 30 May 2024 00:15 (UTC +04:00)

Bakı. Trend:

Tayron Lue “Los-Anceles Klippers”lə uzun müddətli müqavilə imzalayacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, NBA-nın ən çox qazanan baş məşqçilərindən biri olacaq.

Müqavilənin detalları barədə məlumat verilməyib. Lue 2020-ci ildən komandaya rəhbərlik edir və ilə 7-8 milyon dollar qazanır. Onun maaş 2 dəfə artırıla bilər. “Klippers” Luenin rəhbərliyi ilə 2023/2024 mövsümdə pley-offun ilk mərhələsində “Dallas Maveriks”ə uduzub.

Qeyd edək ki, NBA-da ən çox maaş alan mütəxəsis Stiv Kerrdir. “Qolden Steyt”in baş məşqçisi ilə 17,5 milyon dollar qazanıb.

Xəbər lenti

Xəbər lenti