Bakı. Trend:
Azərbaycan çempionu "Qarabağ" ilk transferini reallaşdırıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.