...

“Şerif” kolumbiyalı müdafiəçi ilə yollarını ayırıb

İdman Materials 21 İyun 2024 07:12 (UTC +04:00)

Bakı. Trend:

Avropa Liqasında “Zirə”nin rəqibi “Şerif” bir futbolçu ilə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Didye Bueno komandanı tərk edib.

Kolumbiyalı müdafiəçinin icarə müddəti başa çatıb. “İndependyente Medelin”ə məxsus futbolçu 1 il “Şerif”in formasını geyinib. 23 yaşlı oyunçu ilə müqavilə müddətinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Bueno Tiraspol klubunda 17 oyunda 1 qol və 1 ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti