Bakı. Trend:
Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının oyunlarının hakimlər briqadası bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Təmsilçimizin avrokubokun ilkin mərhələsinin B qrupunda
Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” ilə
keçirəcəyi görüşləri Monteneqro və Moldovadan olan hakimlər idarə
edəcək. Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil
olunacaq.
28 iyun
19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro)
Baş hakimin köməkçiləri: Nikola Raduloviç
(Monteneqro), Benas Kikutis (Litva)
Dördüncü hakim: Robertas Valikonis (Litva)
1 iyul
19:00. “Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntean (Moldova)
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova),
Nikola Raduloviç (Monteneqro)
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)