...

Gimnastlarımız Portuqaliyada 8 medal qazanıblar (FOTO)

İdman Materials 14 İyul 2024 17:30 (UTC +04:00)
Gimnastlarımız Portuqaliyada 8 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq turnir başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan gimnastları yarışı 8 medalla başa vurublar.

Milli komandamızın üzvləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Tamblinqdə Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov ibarət heyət komanda hesabında, Adil Hacızadə, Aleksey Karataşov isə fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Tofiq Əliyev gümüşə yiyələnib.

Batut və ikili mini-batut gimnastikası Hüseyn Abbasov 2, Ammar Baxşalıyev 1 qızıl qazanıb. Nicat Mirzəyev turniri 3-cü pillədə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti