...

Paris-2024: Stadnik 1/4 finalda məğlub oldu (YENİLƏNİB) (FOTO)

İdman Materials 6 Avqust 2024 15:26 (UTC +04:00)
Paris-2024: Stadnik 1/4 finalda məğlub oldu (YENİLƏNİB) (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Paris. Trend:

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün güləş yarışlarında daha üç çəkidə mübarizəyə start verilib.

Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilir. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik özünün 5-ci Olimpiadasında Olimpi fəth etməyə çalışıb.

Qadın güləşi
50 kq

Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) güləşib. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb və xalların keyfiyyətinə görə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, Mariya London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.

xxx

14:25

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Trend xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti