...

“Qarabağ” Bolqarıstan çempionuna məğlub oldu (YENİLƏNİB)

İdman Materials 6 Avqust 2024 21:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.

Ağdam klubu Bolqarıstan çempionu “Lüdoqorets”lə görüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər 3 qol fasilədən sonra vurulub. "Lüdoqorets" qələbə topunu 87-ci dəqiqədə vurub.

Oyunda qolları Qarabağın heyyətindəOlavio Juninyo (64`), Ludoqoretsin heyyətində isə Deroy Duarte (56`) və Kayo Vidal (87`) fərqləniblər. Rəqib komandanın heyyətində Kayo Vidal (88`) qırmızı vərəqə ilə cəzalandırılıv və cavab oyununu buraxacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də baş tutacaq.

xxx

20:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başlayıb.

Trend xəbər verir ki, görüş 20:00-da start götürüb. Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Xəbər lenti

Xəbər lenti