Paris. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Trend xəbər verir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.
87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verib. Tokio-2020-nin
bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşıb.
Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.