...

Ağır gün olacaq - "Zirə"nin futbolçusu

İdman Materials 14 Avqust 2024 19:54 (UTC +04:00)
Ağır gün olacaq - "Zirə"nin futbolçusu

Bakı. Trend:

Çətin oyun olacağını bilirik.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Pyer Zebli deyib.

27 yaşlı italiyalı yarımmüdafiəçi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Osiyek”ə qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib. Zebli Bakıda baş tutacaq görüşdə yalnız qələbəyə kökləndiklərini vurğulayıb: "Rəqibin yaxşı futbolçuları var. Sabah ağır gün olacaq. Hər birimiz qələbəyə köklənmişik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti