Bakı. Trend:
"Əl-Nəsr" rəhbərliyi ilə Kriştiano Ronaldo arasında görüş baş tutub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, toplantında portuqaliyalı futbolçunun gələcəyi müzakirə olunub.
Görüşdə Səudiyyə Ərəbistanı Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər. Tərəflər arasında hazırki müqavilənin yenilənməsi ilə bağlı razılıq əldə olunduğu bildirilib.
Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Onun komanda ilə müqaviləsi ilin sonunda bitəcək.