...

“Payız turniri”nin qalibləri mükafatlandırılıb

İdman Materials 12 Oktyabr 2024 11:23 (UTC +04:00)
“Payız turniri”nin qalibləri mükafatlandırılıb

Bakı. Trend:

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən yarışın qalibi “Azəri” komandası olub.

“Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin sonunda komandalar mükafatlandırılıblar.

Həmçinin fərdi mükafatlar da təqdim edilib. Elvin Şeydəbəyov (“Azəri”) 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Onun komanda yoldaşı Yusif Əzimzadə ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşı futbolçusu adına isə Amil Sadıqov (“Ümid”) layiq görülüb.

“Payız turniri”nin son iki günündə qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

Zirvə - Bakı – 1:7
Şimşək - Azəri – 1:11
Ümid – Zirvə - 13:0
Bakı – Şimşək – 4:1
Ümid – Bakı – 5:1
Azəri - Zirvə - 12:0
Şimşək – Ümid – 2:7

Xəbər lenti

Xəbər lenti