Bakı. Trend:
Oktyabrın 25-27-də Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışı keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanın batut gimnastları uğurlu çıxışla yadda qalıblar.
Hüseyn Abbasov və Əli Niftəliyev fərdi proqramda fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.