Bakı. Trend:
Bu mənim yox bütün komandanın qələbəsidir. Bu tarixlə dolu bir yarış oldu.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.
Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya növləri üzrə dünya çempionatında qalib olan Əzizli Hava Limanında qarşılama zamanı qələbəsini şərh edib. 4 qat dünya çempionu bildirib ki, bundan sonra da dayanmaq niyyətində deyil: “Bundan sonrakı hədəfim 5-ci dünya çempionluğudur. Bütün məşqçilərimə minnətdarlığımı bildirirəm. Biz aysberqin görünən tərəfiyik. İşin görünməyən tərəfində həm bizim şəxsi məşqçilərimiz, həm klub, həm də yığma komandanın məşqçiləri dayanır”.
Qeyd edək ki, mundialda 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.