...

Dünya çempionu olacağıma ümidim yox idi - Ülvü Qənizadə

İdman Materials 30 Oktyabr 2024 23:07 (UTC +04:00)
Dünya çempionu olacağıma ümidim yox idi - Ülvü Qənizadə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya çempionatı mənim üçün çox çətin keçdi.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) Hava Limanında qarşılama zamanı jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya növləri üzrə dünya çempionatında qalib olan Qənizadə çempionluğa gedən yoldan və gələcək hədəflərindən danışıb: “Mundiala az qalmış xəstələnmişdim. Günlərlə qızdırmam oldu. Dünya çempionu olacağıma ümidim yox idi. Amma şükürlər olsun ki, bunu bacardım. Məşqçilərin, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin mənə olan inamını itirmədim. İnşallah gələcək yarışlarda da bu nəticəni təkrarlayacağıma inanıram. Hazırda Avropa və dünya çempionuyam, bundan sonra ikinci, üçüncü dəfə bu sevinci yaşamağa çalışacağam”.

Qeyd edək ki, Ülvü Qənizadə final görüşündə fransalı İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti