...

Olimpiya çəkilərinə diqqəti artıracağıq - Millinin baş məşqçisi

İdman Materials 30 Oktyabr 2024 23:30 (UTC +04:00)
Olimpiya çəkilərinə diqqəti artıracağıq - Millinin baş məşqçisi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

4 çəkinin 3-də çempion olmaq böyük nəticədir. Bunda məşqçilər, idmançılar, federasiya bir sözlə desək hamının ortaq əməyi var.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.

Mütəxəssis Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya növləri üzrə dünya çempionatında qazanılan 3 qızıl medalı yüksək dəyərləndirib. O, gələcək hədəflər barəsində də fikir bildirib: “İndi bizdə güclü komanda yığılır. U-23-də yaxşı gənc güləşçilərimiz var. Onlar gələcəkdə milli komandada yaxşı rəqabət yaradacaqlar. Uşaqlar güclüdür. İndi biz Olimpiya çəkilərinə diqqəti artıracağıq. Bizdə indi də qitə birinciliklərində çempionlar var. Amma elə bir heyət quracağıq ki, hamı bizə qarşı çətinlik çəkəcək. İnanıram ki, Los-Anceles Olimpiya Oyunlarından da biz bu sevinc və gözəl əhval-ruhiyyə ilə qayıdacağıq. Azərbaycan bütünlüklə güləşi sevir və izləyir. Azarkeşlərimizi gələcəkdə də sevindirəcəyik”.

Qeyd edək ki, mundialda 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti