Bakı. Trend:
Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün növbəti avrokubok matçına çıxıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunda IV turun oyununu keçirib.
Rimas Kurtinaytisin yetirmələri II dövrəyə evdə başlayacaq. Bakı klubu Belçika “Spirou”sunu qəbul edib.
Bu, komandamızın G qrupunda son ev sınağı olub. İlk üç turda uduzan “Sabah” növbəti dəfə uğursuzluğa düçar olub. Fasiləyə üstün yollanan Azərbaycan çempionu 3-cü periodda üstünlüyü əldən verib.
Qeyd edək ki, turun digər oyununda “Nörçöppinq” “Marussi”ni qəbul edəcək.
FİBA Avropa kuboku
G qrupu, IV tur
30 oktyabr
19:00. “Sabah” – “Spirou” (Belçika) - 68:78 (24:22, 17:16, 14:18,
13:22)
Hakimlər: Zdenko Tomasoviç (Slovakiya), Tolqa Edis
(Türkiyə), Viktor Naqi (Macarıstan)
Bakı İdman Sarayı